Bank Of Baku

Ziyafət Əsgərov: “Rusiyanın araşdırmaları bizi qane etməsə, Ermənistana silah verilməsi məsələli NATO Parlament Assambleyasında müzakirəyə çıxarılacaq”

Ziyafət Əsgərov: “Rusiyanın araşdırmaları bizi qane etməsə, Ermənistana silah verilməsi məsələli NATO Parlament Assambleyasında müzakirəyə çıxarılacaq”
# 10 fevral 2009 16:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanın NATO ilə münasibətləri normal əməkdaşlıq səviyyəsindədir”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov verib. O, NATO Parlament Assambleyasının yaz sessiyasının gündəliyi barəsində məlumatının olmadığını desə də, qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq sessiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ qaldıracaq.

Z. Əsgərov Rusiyanın Ermənistana silah verməsi məsələsi barədə danışaraq deyib ki, parlamentdə bununla bağlı müvafiq müzakirələr aparılıb: “Qərara alınıb ki, dövlətlərarası dostluq qrupları çərçivəsində məsələ müzakirə olunsun, Azərbaycan parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Rusiya Dumasında olsunlar. Burada aparılan müzakirələrdən, Rusiyanın araşdırmalarından sonra biz öz münasibətimizi bildirəcəyik. Nəticə bizi qane etməsə, NATO Parlament Assambleyasının yaz sessiyasında bu məsələ də müzakirəyə çıxarılacaq. Bu həm də ona görə narahatedici məsələdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçi kimi çıxış edir. Rusiya öz üzərinə öhdəlik götürüb ki, münaqişə həll olunmayana qədər tərəflərin hansınısa silahla təmin etməyəcək. Əgər Rusiya tərəfindən belə bir addım atılıbsa, bu heç bir məntiqə uyğun deyil. Hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir”.

Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması barədə sualı cavablandıran birinci vitse-spiker bu çərçivədə aparılan işlərin birinci fazasının artıq yekunlaşdığını xatırladıb: “Yaxınlarda ikinci faza çərçivəsində işlər aparılacaq. Bu, təkamül prosesidir. İstədiyimiz nəticələr illərlə əldə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR