Bir sıra hökumət nümayəndələri yanvar-iyun aylarının nəticələrinə dair məruzə ilə çıxış ediblər
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, Məmədov geyd edib ki, cari ilin 6 ayı ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 882,1 milyon manat icra edilib. Büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çox təşkil edib. Təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat və ya 10,2 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 4 milyard 476,6 milyon manat, o cümlədən daxili mənbələr hesabına 3 milyard 257,8 milyon manat investisiya qoyulub ki, bunun da 1 milyard 348 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə ayrılan 72 milyon manat güzəştli kreditlərin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Nazir deyib ki, vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Bu kreditlər hesabına yaradılan yeni iş yerlərinin sayı 3500 olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı isə 1,6 dəfə artıb.
Ötən dövr özəl sektorun sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmaqla, qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 72,9 faizə çatıb.
Nazir bildirib ki, uçot məlumatlarının dəqiqləşdirilməsi ilə cari ilin 6 ayı ərzində qeydiyyata alınmış obyektlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 58,2 faiz artaraq vergi uçotundan yayınan 2 mindən artıq vergi ödəyicisinin, 2126 təsərrüfat subyektinin uçota alınması təmin edilmişdir.
Vergitutma bazasının genişləndirilməsini, habelə kiçik və orta sahibkarlığa dəstəyi şərtləndirən ən əsas amillərdən biri də sahibkarlıq subyektləri üçün qeydiyyat sisteminin sadələşdirilməsidir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ının həyata keçirilməsinin nəticəsi olaraq hesabat dövründə “bir pəncərə” sistemi ilə qeydiyyata alınan 32,5 mindən çox sahibkarın 57,2 faizi regionların payına düşür.
Məmmədov deyib ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fıziki şəxslər vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar ki, bu, qeydiyyat sahəsində yeni, mütərrəqi bir mərhələdir.
Nazir sahibkarlığın daha da inkişafı ilə bağlı həyata keçirilən kompleks işlər, vergidənyayınma hallarına qarşı mübarizə tədbirləri və fiziki şəxslərin gəlir vergisi ödənişləri üzrə ehtiyat mənbələrin aşkara çıxarılması ilə bağlı irəliləyişləri diqqətə çatdıraraq bildirdi:
- 2011-ci ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə rəsmiləşdirilməmiş əməkhaqqının artımı təqribən 300,0 milyon manat, bu əməkhaqqıdan gəlir vergisinin artımı isə 40,0 milyon manat təşkil edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov ölkənin paytaxtında həyata keçirilən kompleks yenidənqurma tədbirlərindən danışaraq dedi:
- Keçən altı ay ərzində Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə 196 min 400 kvadratmetr asfalt örtüyü salınmış, 692 ədəd xaricdə istehsal olunmuş müasir işıq dirəyi, 340 ədəd Almaniya istehsalı olan metal-kommunal örtük vasitələri - lyüklər və 14 min poqonmetr qranit səki daşları quraşdırılaraq istifadəyə verilib. Həmçinin metronun “Nizami” stansiyasının qarşısında fəvvarələr kompleksi və istirahət parkı salınmış, Bakı şəhərinin ilk azərbaycanlı baş memarı Zirvərbəy Əhmədbəyovun abidəsi ucaldılmışdır. Bu ilin sonuna qədər olan “Alov-büllur” fəvvarə kompleksi, Koroğlu abidəsi və istirahət parkları istifadəyə veriləcəkdir.
Bakıətrafı qəsəbə və kəndlərdə yollara 390 min 835 kvadratmetr asfalt örtüyü salınmış, 4 min poqonmetrə qədər beton, 1500 poqonmetrədək qranit səki daşları quraşdırılmışdır. İlin sonuna qədər daha 480 min kvadratmetr asfalt örtüyünün salınması, 5 min poqonmetrə qədər beton, 1500 poqonmetrədək qranit səki daşlarının quraşdırılması nəzərdə tutulur.
Abutalıbov geyd edib ki, hazırda Bakı şəhəri üzrə 37 ümumtəhsil məktəbində əsaslı təmir işlərinə başlanılıb. Bu işlər cari il sentyabrın 15-dək başa çatdırılacaq. 17 orta ümumtəhsil məktəbində isə yeni korpusların inşasına başlanılmış və ilin sonuna qədər başa çatdırılacaq. Eyni zamanda, Bakı şəhərinin 57 uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir. Həmin bağçalar ilin sonunadək müasir tələblər səviyyəsində istifadəyə veriləcək.
Bunlarla yanaşı Bakı şəhərinin Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Binəqədi və digər rayonlarının ərazilərində və qəsəbələrdə yeni məktəb binalarının, xəstəxana və poliklinikaların tikintisinə başlanılıb. Prezidentin birbaşa göstərişini ilə Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə öz vəsaiti hesabına tikdirdiyi, fiziki cəhətdən köhnəlmiş “Qızlar məktəbi”nin binasında da artıq əsaslı təmir işləri aparılır.
Hacıbala Abutalıbov gələn il Bakıda “Eurovision” mahnı yarışmasının yüksək səviyyədə təşkili üçün də əsaslı hazırlıq işlərinin aparıldığını vurğulayaraq bildirdi:
Sərəncamınızla yaradılan və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsi 2012-ci ildə Bakı şəhərində keçiriləcək “Eurovizion-2012” mahnı müsabiqəsini dünya xalqlarının bayramına çevirməklə paytaxtımızın gözəlliyini bir daha bütün beynəlxalq aləmə nümayiş etdirəcəkdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iqtisadiyyatın digər sahələri ilə yanaşı, İKT və telekommunikasiya sektorunun da uğurla inkişaf etdiyini bildirərək dedi:
- Belə ki, hesabat dövründə sektorda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur. Hesabat dövründə, o cümlədən aşağıdakı nəticələrə nail olunub.
Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə var. Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı vardır. Mobil telefon şəbəkəsində əsas fəaliyyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılıb. İndi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir. Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalıb. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir.
Ölkəmizdə internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır. Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirmişdir. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artmış və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə idarəçilik mexanizmlərinin inkişaf etdirilməsi baxımından Sizin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanınızı xüsusilə qeyd etmək istəyirəm. Bu Fərman ölkədə vətəndaş–dövlət münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və dövlətə olan inamın artmasında mühüm rol oynayır. Elektron xidmətlərin tətbiqi, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və bürokratiyanın azaldılmasına şərait yaradacaqdır. Fərmanın icrasının tam yerinə yetirilməsi üçün cari və gələcək illər üçün fəaliyyət proqramı Fərmana uyğun olan vaxtda hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq.
Digər vacib məsələ vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hesabat dövründə “Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya” hazırlanıb. Strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur.
Ölkənin poçt şəbəkəsinin inkişafı ilə bağlı qarşıda duran vəzifələr, radio və televiziya yayımının inkişafı üçün həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verən nazir respublikamızın texnoloji və innovativ tutumlu sektorunun inkişafı üçün həyata keçiriləcək əsas tədbirləri də xarakterizə edərək deyib:
- Artıq bir çox beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi kimi, Azərbaycanda İKT-nin inkişaf dinamikası son 5-7 ildə birinci onluq ölkələr sırasındadır. Bu qiymətləndirmə və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hər üç ildə ölkəmizin İKT sektoru 2 dəfə genişlənir və bir çox ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna bilər. Belə bir məqsədə çatmaq üçün nazirlik, ekspertlər qrupu və məsləhətçi şirkət tərəfindən təkliflər paketi hazırlayıb və uyğun strukturlarla müzakirələr aparıb. Bu təkliflərin əsasını ölkədə yüksək texnoloji tutumlu məhsul və xidmətlər istehsal edən regional innovasiya zonasının yaradılması təşkil edir. Hesabat dövründə təkliflər paketi yenidən təhlil edilmiş, sadələşdirilmiş, daxili və xarici sərmayələri cəlb etməklə ixracı və istehsalı stimullaşdıran rejimlə əvəz edilmişdir, yaxın vaxtlarda, prezidentə təqdim olunacaqdır.
Regional bazarlara çıxış istiqamətində artıq bir neçə önəmli addımlar atılıb. Hesabat dövründə ölkəmizin kosmik proqramı üzrə işlər davam etdirilmişdir. 2012-ci ilin IV rübündə ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər plan-qrafik üzrə davam etdirilir. Məsləhətçi şirkətlər ilə birlikdə artıq peykin təxminən 50 faizdən çox xidmət resurslarının xarici ölkələrə satışının ilkin şərtləri razılaşdırılmışdır. Həmçinin əsas və ehtiyat yerüstü idarəetmə mərkəzinin yaradılması və qəza zamanı xaricdən müdaxilə imkanı, kadr hazırlığı, Fransanın “Arianspace” şirkəti tərəfindən qaldırıcı raketin qurulması və s. işlər də plan üzrə həyata keçirilir.
Kosmik bazarlarda ölkəmizin mövqeyinin möhkəmlənməsi və davamlı olması üçün Dövlət Proqramına uyğun nazirlik və digər təşkilatlarla birlikdə ikinci telekommunikasiya peykinin hazırlanması, yer səthinin monitorinqi və öyrənilməsi üçün alçaqorbitli izləyici peyklərin yaradılması istiqamətində araşdırma işləri davam etdirilir. Proqramın maliyyə və əsas təşkilati məsələləri Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Kosmik Şuranın nəzarəti altında həyata keçirilir.
Nazirlik özəl və xarici dövlət İKT şirkətləri ilə yaxından əməkdaşlıq edir. İKT şirkətlərinin insan resurslarının inkişafı fondu və yeni yaradılmış İKT şirkətlər assosiasiyası aktiv fəaliyyət göstərir. İndi İKT ixrac potensialının gücləndirilməsi və Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyətinin aktivləşdirilməsi gündəliyimizin əsas məsələsidir. Azərbaycan öz coğrafi və demoqrafik ölçülərinə görə çox da böyük ölkə deyil, daxili bazarlarımızın İKT məhsul və xidmətlərinə baxmayaraq ki, tələbatı artmaqdadır, lakin Azərbaycan şirkətləri və inkişafa olan arzumuz artıq bu ölçülərə sığmır. Burada ümidlərimiz yaxın vaxtlarda Sizə təqdim edəcəyimiz yüngülləşdirilmiş ixrac rejimi paketinin yeni imkanlarıdır.
Möhtərəm cənab Prezident! Sizə söz veririk ki, İKT sektorunun tərəqqisi istiqamətində bundan sonra da əlimizdən gələni edəcək, ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün bütün qüvvələrimizi səfərbərliyə alacağıq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikanın, o cümlədən paytaxtın su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə bağlı görülən silsilə layihələrin xüsusi əhəmiyyətini vurğulayaraq deyib:
- Ötən ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsi ilə paytaxt əhalisinin su təchizatında əsaslı dəyişikliklər olub. İstismar qaydalarına uyğun olaraq, Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kubmetrə çatdırılıb və ilin sonuna qədər kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatdırılacaq.
Hazırda Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə öz axını ilə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir.
Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazisinə indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.
Kəmərin istismara verilməsi ilə yay aylarında gərgin rejimdə işləyən Ceyranbatan və Kür su kəmərlərinin hidravlik iş rejimləri normallaşmışdır. Nəticədə magistral kəmərlərdə baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Cari ilin yanvar-iyun aylarında cəmiyyətin müəssisə və təşkilatları tərəfindən istehlakçılara 135 milyon kubmetr həcmində su satılmış və onun 74,8 faizinin haqqı yığılıb.
2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61 kilometr, daxili imkanlar hesabına isə 20 kilometrə yaxın su xətti çəkilib, 10 kilometrdən artıq kanalizasiya kollektoru quraşdırılıb, ümumi həcmi 2200 kubmetr olan 4 su anbarı, 2 su nasos stansiyası tikilmiş, 6 subartezian quyusu qazılıb, 50-dən artıq subartezian quyusu təmir edilərək istismara verilib.
Hazırda Bakıda və regionlarda 30-dan artıq obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramlarına uyğun olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 6 qəsəbənin su təchizatı yenidən qurulur, Ağdam və Tərtər rayonlarının sərhəd kəndlərində 3 kilometrdən çox su xətti çəkilmiş, 2 subartezian quyusu qazılmışdır və işlər davam etdirilir.
Qobustan rayonunun 8 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə ümumilikdə 25 kilometr uzunluğunda su xətləri quraşdırılmış, hər birinin həcmi 1000 kubmetr olan 2 su anbarı tikilmişdir və işlər davam etdirilir.
Xaçmaz rayonunun Nabran qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 5 kilometrə qədər kanalizasiya xətləri çəkilmiş və işlər ilin sonuna qədər başa çatdırılacaq.
Beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, böyük Bakının “Master Plan”ının hazırlanmasına başlanılıb.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakıətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Bununla yanaşı, Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 millimetr diametrli, uzunluğu 150 kilometrə qədər olan paylayıcı magistral kəmərlər tikiləcəkdir. Bu kəmərlərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır.
Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaqdır ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcək.
Qorxmaz Hüseynov çirkab sularının toplanaraq idarə olunması layihələri, su təchizatı və kanalizasiya tikintisi ilə əlaqədar həyata keçirilən digər tədbirləri də diqqətə çatdırdı və yeni layihələrin elektrik enerjisi sərfiyyatını əsaslı şəkildə azaltmağa imkan verəcəyini vurğuladı. O, tezliklə respublikamızın su təsərrüfatı sistemində ən müasir standartlara cavab verən layihələrin tətbiq ediləcəyini bildirərək deyib:
- Yeni layihələrin icrası zamanı SCADA sisteminin yaradılması da nəzərdə tutulmuşdur ki, bu sistem Bakı şəhərində su və kanalizasiya şəbəkələrinin vahid mərkəzdən idarə olunmasını təmin edəcək.
Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanılmışdır. 2011-ci ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır. Eyni zamanda, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.
Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutulur.