Mübariz Əhmədoğlu: “İran-Ermənistan münasibətlərindəki gərginlik “Xüdafərin” ATZ-nin mühüm səbəblərindən biridir”
Bakı-APA. “İranla Ermənistanın qarşılıqlı münasibətlərində bir-birinə xəyanət etməsini və ya aldatmasını Azərbaycan vətəndaşına inandırmaq çox çətindir. Azərbaycanda Qarabağ niskilini daşımayan vətəndaş yoxdur. Bütün dünya azərbaycanlılarının qəlbindən Qarabağ niskili heç bir zaman əskilmir. Qarabağ niskili azərbaycanlıların təhtəlşüurunda yerləşib və mütəmadi şəkildə beyin qabığına stimullaşdırıcı siqnallar göndərir. Başqa sözlə, Freydizmin də söykəndiyi qabıqaltı mərkəzlər məsələsini yada salsaq, Qarabağ məsələsi dünya azərbaycanlılarının qabıqaltı mərkəzlərindən birinə çevrilib”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Politoloq bildirib ki, azərbaycanlıların qabıqaltı mərkəzlərinə şok təsiri göstərən bütün məlumatlar İranın Ermənistanla qarşılıqlı münasibətlərində baş verənlərlə bağlıdır: “1992-ci ildə Şuşanın işğalında İranın birbaşa və ya dolayısı yolu, Ermənistanın o zamankı prezidenti L.Ter-Petrosyanın “İran olmasaydı, Ermənistan dövlətçiliyi olmayacaqdı” tezisi heç bir azərbaycanlının yadından çıxmayıb. Hətta 2008-ci ilin avqustunda 5 günlük Cənubi Osetiya müharibəsi zamanı Ermənistan çökə bilərdi; yenə də İran onu xilas etdi.
İranın Ermənistana qardaş münasibətinin mahiyyətində ermənilərin Azərbaycan torpaqlarının işğalı faktoru dayanır. İran Azərbaycan torpaqlarının erməni işğalının uzun müddət davam etməsi naminə hətta özünün iqtisadi problemli dövründə də Ermənistana yardım edib. İran prezidenti İranla Ermənistanı eyni mədəniyyətin daşıyıcısı hesab edir. Sonradan bu, İran tərəfindən sloqana çevrildi. Faktiki, İran prezidenti M.Əhmədinecad ermənilərlə “bir millət, iki dövlət” şüarını reallaşdırmağa başladı.
İndi, bu münasibətlərdə problemlər yaranır:
a) Ermənistan İranın vitse-prezidentinin səfərinə icazə verməməklə növbəti dəfə İranı təhqir etdi. Bu, Ermənistanın İrana qarşı birinci təhqiri və ya demarşı deyildir. Müasir tarixdə Ermənistan İranı bu dövlətin hesabına çəkilmiş İran-Ermənistan qaz kəməri layihəsindən qovdu, marşrutu Rusiyaya verdi. Və ya İranın Dağlıq Qarabağ məsələsində vasitəçilik missiyasını aşkar şəkildə rədd etdi. Azərbaycan isə İranın bu vasitəçilik missiyasına razılıq vermişdi;
b) Suriya erməniləri B. Əsədi müdafiədən imtina etdilər. Suriya xristian icması B. Əsədin müdafiəsi ilə bağlı bəyanat yaydıqdan bir gün sonra Suriyadakı erməni icması yeni bəyanat yaydı. B. Əsəd hakimiyyəti ilə bağlı fikirlərin yer almaması Suriya ermənilərinin bəyanatı ilə Suriya xristianlarının bəyanatını fərqləndirən yeganə cəhət idi. Müsəlman dövlətlərindəki erməni icmalarının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri fonunda bu imtina şübhəli görünməliydi. İraqda Səddam Hüseynin bir əlinin beş barmağını əmən ermənilər ABŞ-ın İraqa qarşı ikinci müharibə kampaniyasının ən vacib detonatoru oldular. İraqdakı erməni kilsəsinin, eləcə də erməni icmasının başçısı olan A.Asaduryanın o dövrdəki fəaliyyəti hər şeyi olduğu kimi sübut etdi. Liviyada, onun paytaxtı Beyrutda bütün islam-xristian qarşıdurmaları ermənilərin yaxın iştirakı ilə baş vermişdir. Livandakı ermənilər iki qrupa bölünüblər. Bir qrup “Hizbullah”ın, digər qrup isə Livan xristian icmasının yanındadır. Ermənilərin xristian icmasına tərəf olan son manevrləri “Hizbullah”ı çətin vəziyyətə salıb. Ona görə də “Hizbullah” hal-hazırda Livanda irəli gedə bilmir və yalnız özünü müdafiə taktikasını seçib. Liviyada müxalifətçilərin silahlanmasında ermənilərin rolu ilə bağlı məlumatlar dünya mətbuatında yayıldı. İrandakı erməni icmasının digər müsəlman dövlətlərindəki erməni icmalarından fərqli davranacağını düşünmək sadəlövhlükdür. Ermənilərin fəaliyyəti ilə tanış olduqca, eləcə də İran ətrafında həlqə daraldıqca rəsmi Tehran Ermənistandan şübhələnir və şübhələri üçün əsaslar tapa bilir, çünki erməni hiyləgərdirsə, İrandakılar şeytana dərs verənlərdir. Lakin hiylə ayrı şeydir, dünyanın ümumi siyasi resursu ayrı bir şey. Dünya erməniləri İrana qarşı mübarizə aparacaqsa, İran üçün çox çətin olacaqdır. ABŞ, əksər Avropa dövlətləri və Livanda iranlılarla ermənilər qaynayıb-qarışmışlar. Karl Marksın kapitalizm qabırqazanı olan proletariat haqqında sloqanı İran-Ermənistan münasibətlərinin indiki dövrünü yaxşı xarakterizə edir. Ermənilər bu kontekstdə İranın qəbirqazanıdır. İranın 100 canı ola ermənilərin əlindən qurtula bilməyəcəkdir.
c) Ermənistan İranla əlaqələrlə kifayətlənmir, həm də İranın körfəz üzrə rəqib qonşuları ilə də əlaqələrə can atır. Ən azı, Küveytin, Birləşmiş Ərəb Əmirliklərinin və Qatarın Ermənistana təklif etdiyi əməkdaşlığı şəksiz qəbul edir. Yaxın Şərq ölkələrindəki inqilablar zamanı müxalifətçilərin ermənilər tərəfindən silahlanması haqqında məlumatın yayıldığı dövrdə Küveytin maliyyə naziri bir həftə Ermənistanda oturdu. Ermənistan dövlət büdcəsi 2 milyard dollar olduğu halda, dövlət və qeyri-dövlət borcu 7,5 milyard olan bir dövlətdir. Küveytin belə Ermənistanla heç bir iqtisadi əməkdaşlığından söhbət gedə bilməz. Ehtimal ki, Küveytin maliyyə naziri Ermənistanın çirkli pulları yumaqda ustalaşmış bank sistemindən istifadə edərək, Yaxın Şərq müxalifətçilərinə göndərilən silahların maliyyələşməsini nağd və qeyri-nağd hesablaşmalarla həyata keçirmişdir. İranla Ermənistan arasında qanuni, nəzarət olunan ərazilərlə yanaşı, nəzarətsiz ərazilər də mövcuddur. Söhbət İranın da dəstək verdiyi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərdən gedir. Bu ərazilər vasitəsilə Ermənistandan İrana silahla yanaşı internet və rabitə mobil retransliyasiya qurğularının keçirilməməsinə heç kim zəmanət verə bilməz;
ç) İsrailin Ermənistana və Dağlıq Qarabağa artan marağını Ermənistanın həvəslə özünə və Dağlıq Qarabağa tərəf çəkməsi də İranın diqqət mərkəzinə olmalı idi. Sadəcə, el arasında deyildiyi kimi, İranı namus boğub deyə, Ermənisanla əlaqəli bəzi məsələlər, o cümlədən onun İsraillə əlaqələrinə münasibət bildirməkdən çəkinir;
d) Ermənistan yenidən Türkmənistandan İran ərazisi vasitəsilə elektrik enerjisi almaq niyyətini ortalığa qoydu. Elektrik enerjisi bol olan Ermənistanın İran ərazisi vasitəsilə Türkmənistandan elektrik enerjisi almasının bir başı Azərbaycanla Türkmənistan arasına girməkdirsə, əsas hədəf İranın nüvə texnologiyalarının dinc məqsədli olmadığını sübut etməyə yönəlmişdir.Ermənistanın bu aktivləşməsinin AEBA- nın (MAQATE) antiiran aktivliyi dövrünə düşməsi təsadüfi deyil.
Ən ağır günlərində Ermənistanı xilas etmiş, 20 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamaqda Ermənistana yardım etmiş İrana indi Ermənistanın özünün istifadə edə bilmədiyi Araz çayının suyunu verməməsi əlbəttə İranda təsir yaratmalı idi. Kimsə bunu ABŞ-ın təsiri ilə əlaqələndirə bilər. ABŞ Ermənistanı İrana qarşı müharibəyə hazırlayıb. Bunu Ermənistanın İran tərəfindən təhlükəsizliyinə ABŞ-ın təminatı ilə bağlı ABŞ səfiri C.Hefferinin bəyanatları sübut edir. Dünyada ikinci ən böyük ABŞ səfirliyi binası da İranın qardaş hesab etdiyi Ermənistanda yerləşir. Ermənistandakı ABŞ səfirliyinin binasında “dəniz pişikləri”nin yerləşdirilməsi ilə bağlı məlumatlar da hədər yerə yayılmayıb. Gürcüstan-Ermənistan əlaqələrinin indiki səviyyəsinin spesifikliyi məhz dəniz pişikləri üzərində qurulmuşdur.
ABŞ-ın Ermənistan banklarının İranla əlaqələri barədə məlumat yayması da Ermənistana mesaj kimi başa düşülə bilər. ABŞ və Qərb dəfələrlə İranla Ermənistan arasındakı silah və radioaktiv maddə qaçaqmalçılığı mövzusunda söhbətlər və təftişlər aparmışlar.
İran-Ermənistan münasibətlərindəki gərginliyin digər bir səbəbi də hər ikisinin oxşar mentalitetə malik olması, eyni tipli siyasət aparmalarıdır. İndi dünyada həm Ermənistanın, həm də İranın yalanlarına inanların, bleflərinə uyanların sayı kəskin azalıb. Nəticədə, hər iki dövlət bir-birinə qarşı kəf gəlməyə başladılar.
Beləliklə, “Xudafərin” ATZ ideyası İranın ortalığa qoyduğu və Ermənistanı ayıltmaq üçün nəzərdə tutulmuş mesaj kimi başa düşülməlidir. Bu, İranın ilk ciddi siqnalıdır. Ermənistan ayılmayacaqsa, İran doğrudan da Xudafərində Azad Ticarət Zonası tikəcəkdir. İranın, o cümlədən onun Şərqi Azərbaycan və Ərdəbil Ostanlıqlarının puldan ehtiyacı var. O yolun üzərində böyük bir bazar tikməklə İran müəyyən miqdarda pul qazana və həmin pulu əhalisinin o cümlədən zəlzələdən əziyyət çəkənlərin vəziyyətinin düzəldilməsinə yönəldə bilər. Ancaq “Xudafərin” ATZ-nin fəaliyyət göstərməsi üçün bu ərazinin ətrafında olan azərbaycanlılar bu ərazilərə qayıtmalıdırlar. Bu ərazilər isə erməni işğalı altındadır. İran “Xüdafərin” ATZ ideyasını reallaşdıracaqsa, ən azı Füzuli, Cəbrayıl, Zəngilan əhalisini işğal olunmuş ərazilərə qaytaracaqdır. İran Azərbaycanın rolu olmadan, hətta Azərbaycan Respublikasının müqavimət göstərdiyi halda da bu variantı reallaşdıra bilər. Ona görə də İran bilər, Ermənistan bilər. Bu gün bizim iki qardaşın arasında girməyə ixtiyarımız yoxdur. El arasında söz var: “Qardaşlar dalaşdı, əbləhlər inandı”. İranın Ermənistandan başqa, Ermənistanın isə İrandan başqa qardaşı olmayacaq. 20 ildə 15 qonşusundan 14 müsəlman dövlətini kənara qoyub tək Ermənistanı özünə dost seçən İran özünün daxili siyasi mahiyyətini ortalığa qoydu. Son 20 ildə Ermənistan da itirə-itirə gedir. Qərbin əksər dövlətlərini, Rusiyanı itirib bir-iki Qərb dövləti ilə şübhəli əlaqələri qalmışdır. Ermənistanın sadiq müttəfiq deyə biləcəyi Qərb dövləti qalmayıb. Ona görə də təklənmiş, eyni mədəniyyətin daşıyıcısı olan iki qardaş dövlətin “bir millət, iki dövlət” olmaqdan başqa çarəsi yoxdur”.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB