Bank Of Baku

Avropa Birliyi Azərbaycanda mətbuat azadlığının durumu ilə bağlı bəyanat yayıb

Avropa Birliyi Azərbaycanda mətbuat azadlığının durumu ilə bağlı bəyanat yayıb
# 22 dekabr 2006 09:22 (UTC +04:00)
“Avropa Birliyi həmçinin mətbuat yayımlarına qarşı olan təzyiqlərdən narahatdır. Avropa Birliyi demokratiyanın tərkib hissəsi olan mətbuat azadlığı prinsipinə böyük önəm verir. Birlik Azərbaycan hökumətini mətbuat üçün elə bir mühit yaratmağa çağırır ki, mətbuat bu mühitdə sərbəst, səmərəli və qorxusuz işləyə bilsin. Avropa Birliyi xüsusi olaraq vurğulayır ki, Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması bu yaxınlarda imzalanan Avropa Qonşuluq Proqramı Fəaliyyət Planının, eləcə də insan haqları, fundamental azadlıqlar və xüsusi öhdəliklər ilə əlaqədar Azərbaycan tərəfindən qəbul edilən Avropa Birliyi Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin ruhuna və məqsədinə ziddir. Avropa Birliyi həmçinin onu da vurğulayır ki, bu tədbirlər Avropa Şurası və ATƏT üzvlüyü kontekstində Azərbaycanın qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğun deyil”. Avropa Birliyi Milli Televiziya və Radio Şurasının “ANS TV” telekanalı və “ANS ÇM” radiostansiyasının yayımının bərpasına icazə verməsini, gündəmdə olan lisenziyanın həlli məsələsinin müvəqqəti dayandırılmasını müsbət addım adlandırıb. “Avropa Birliyi gündəmdə olan tənzimləyici qaydaların həllinə böyük önəm verir ki, bu, Azərbaycanda güclü və müstəqil mətbuatın çiçəklənməsinə rəvac versin. Avropa Birliyi Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyəti yaxından izləməyi davam etdirəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR