Bank Of Baku

AŞPA Hüquq Komitəsində Avropada gizli həbsxanalara dair ikinci hesabat təsdiqlənəcək

AŞPA Hüquq Komitəsində Avropada gizli həbsxanalara dair ikinci hesabat təsdiqlənəcək
# 06 iyun 2007 11:46 (UTC +04:00)
İyunun 8-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Hüquq Komitəsinin iclası keçiriləcək. APA-nın Avropa bürosunun məlumatına görə, iclasda isveçrəli deputat Dik Marti tərəfindən hazırlanmış Avropada gizli həbsxanalara dair ikinci hesabat təsdiqlənəcək. Hesabatda Avropa ölkələrində, o cümlədən Avropa Şurasına üzv ölkələrdə məhbusların gizli saxlanılması və qeyri-qanuni daşınmasına dair faktlar əks olunub. Qeyd edək ki, Dik Martinin bu mövzuda ilk hesabatı 2006-cı ilin iyun ayında AŞPA tərəfindən təsdiqlənib. Həmin hesabatdan sonra Avropa Şurasının baş katibi Terri Devis quruma üzv ölkələrin hökumətlərinə, o cümlədən Azərbaycana, belə halların olub-olmaması barədə sorğu göndərib və bu sorğu hökumətlər tərəfindən cavablandırılıb. Qeyd edək ki, AŞPA prezidenti Rene van der Linden dünən ABŞ hərbi tribunalının Quantanamoda saxlanılan məhbusların onun yurisdiksiyasında olmaması ilə bağlı verdiyi qərara münasibət bildirərək deyib ki, 5 il keçməsinə baxmayaraq, Quantanamoda saxlanılan terrorçu olduqları güman edilənlərin probleminin hüquqi həllini tapmayıb: “Ölkə Konstitusiyası və beynəlxalq hüquqla nəzərdə tutulan təminatları yerinə yetirməyən ABŞ hökuməti ədalət məhkəməsinə məhəl qoymur və terrorizmlə mübarizəyə maneçilik törədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR