Bank Of Baku

Əli Əhmədov Kubanın Rusiya Federasiyası və Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Kubanın Rusiya Federasiyası və Azərbaycandakı səfiri ilə görüşüb
# 06 iyun 2007 11:48 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Kuba Respublikasının Rusiya Federasiyası və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jorje Marti Martinesi qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Kuba ilə Azərbaycan arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir rəsmi Kubanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırıb, ölkələr arasında iqtisadi sahədə əlaqələrin yaradılması və daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da görüşdə iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR