Bank Of Baku

Bütöv Azərbaycan Birliyi Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədər müsabiqə elan edib

Bütöv Azərbaycan Birliyi Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədər müsabiqə elan edib
# 06 iyun 2007 11:49 (UTC +04:00)
Bütöv Azərbaycan Birliyi (BAB) Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədər sabiq prezidentə həsr olunan əsərlərin ənənəvi müsabiqəsini elan edib. BAB-dan APA-ya verilən məlumata görə, müsabiqəyə əsərlər, kitablar, bədii yazılar (ssenari, hekayə, povest, roman və. s.), publisistik yazılar (qəzet, jurnal məqalələri), şeirlər, elektron proqramlar, mahnılar, rəsm əsərləri və s. təqdim oluna bilər. Yarışmaya milliyət, dil, din, yaş fərqi qoyulmadan dünyanın bütün ölkələrində yaşayan insanların qatılmaq hüququ var. Yarışmada Ə. Elçibəyin həyatı və siyasi fəaliyyətinin təhlilinə həsr edilmiş əsərlərə üstünlük veriləcək və qalib gələn 3 əsər fəxri diplomla mükafatlandırılacaq. Müsabiqə iyunun 25-də başa çatacaq. İyulun 4-də qaliblərə fəxri diplomların təqdimatı olacaq.
Xatırladaq ki, Ə. Elçibəyin doğum günü iyunun 24-də qeyd ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR