Bank Of Baku

YAP Qurtuluş Günü ilə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırıb

YAP Qurtuluş Günü ilə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırıb
# 06 iyun 2007 12:32 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) 15 iyun Qurtuluş Günü ilə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin APA-ya verdiyi məlumata görə, iyunun 13-də YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, YAP-dan olan millət vəkilləri və hökumət nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Həmin gün Bakı Əyləncə Mərkəzində türkiyəli araşdırmaçı Hüseyn Adıgüzelin müəllifi olduğu “Zirve” kitabının təqdimat mərasimi keçiriləcək. Bundan əlavə, YAP-ın bütün yerli təşkilatlarında bayramla bağlı kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Həmin ərəfədə “Heydər Əliyev dərsləri” mövzusunda YAP-ın rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə məşğələ keçiriləcək. İyunun 13-də partiyanın Nəsimi rayon təşkilatı ilə Yevlax rayon təşkilatı arasında futbol yarışması olacaq. Ayın 14-də isə YAP Gənclər Birliyinin üzvləri Gəncədə 4 iyun hadisələrinin baş verdiyi 709 saylı hərbi hissəyə kimi yürüş edəcəklər və əsgərlərlə görüş keçiriləcək./APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR