Bank Of Baku

Milli Demokratik Qüvvələr Birliyi ATƏT-in Bakı ofisini kəskin ittiham edib

Milli Demokratik Qüvvələr Birliyi ATƏT-in Bakı ofisini kəskin ittiham edib
# 06 iyun 2007 13:16 (UTC +04:00)
Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının toplantısı keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun, ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarkerin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 9-da Sankt-Peterburqda keçiriləcək növbəti görüşü ilə bağlı müzakirələr aparılıb. MDQB Sədrlər Şurası hesab edib ki, beynəlxalq təşkilatların fəaliyyəti Ermənistan-Azərbaycan münaqişəsinin uzun müddətə dondurulmasına xidmət edir və Sankt-Peterburqda keçirilən görüşdə Azərbaycan münaqişənin həllinin sonsuza qədər uzadılmasıyla barışmayacağını daha kəskin şəkildə bildirməli, Ermənistanın işğalı altında olan ərazilərin azad olunması üçün təcavüzkar ölkə qarşısında konkret vaxt qoyulmasını tələb etməlidir. MDQB-ın bu məsələ ilə əlaqədar verdiyi bəyanatda isə ATƏT-in siyasi partiyalar arasında ayrıseçkilik etməsi pislənib: “ATƏT rəsmiləri ilə keçirilən görüşə “müxalifət partiyaları” adı altında dövlət qeydiyyatına alınmayan, eləcə də hakimiyyətin siyasi kursunu rəsmən dəstəklədiyini bəyan edən siyasi təşkilat rəhbərlərinin dəvət olunması ATƏT-in Bakı ofisinin korrupsiyalaşması və çeşidli maraqlardan çıxış etməsi ilə bağlı ölkə mətbuatında yer alan mülahizələrin həqiqiliyini təsdiqləməyə ciddi əsaslar yaradır. Bu baxımdan, ATƏT rəsmilərinin Bakı ofisinin yenidən formalaşdırılmasına, eləcə də bu prosesə ayrı-ayrı qüvvələrin maraqlarından deyil, ATƏT-in prinsiplərindən çıxış edən şəxslərin cəlb edilməsinə diqqət ayırmaları məqsədəuyğun olardı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR