Bank Of Baku

VHP-nin növbəti qurultayı oktyabrda keçiriləcək

VHP-nin növbəti qurultayı oktyabrda keçiriləcək
# 06 iyun 2007 15:38 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayı bu ilin oktyabrında keçiriləcək. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Sabir Rüstəmxnlının sözlərinə görə, qurultaya hazırlıq işləri başlanıb və hazırda rayon təşkilatlarında konfranslar keçirilir. Partiya sədri bildirib ki, bu il həm də VHP-nin yaranmasından 15 il ötür. O, yubileylə bağlı tədbirlərin keçiriləcəyini bildirib. Partiya sədrlyindən getmək fikrində olub-olmamasına gəldikdə, S. Rüstəmxanlı bildirib ki, hələlik belə bir fikri yoxdur: “Mən bu partiyaya bağlı adamam, bu partiya mənim əsərimdir və o mənə doğmadır. Ona görə də, özümü partiyadan kənarda hiss edə bilmirəm. Sədrlikdən o zaman gedəcəyəm ki, bu yerə layiqli bir gənc yetişəcək və bütün işləri layiqincə aparacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR