Bank Of Baku

ABŞ Konqresinin alt komitəsi 2008-ci ildə Azərbaycanla Ermənistana eyni miqdarda hərbi yardımın ayrılması barədə qərar qəbul edib

ABŞ Konqresinin alt komitəsi 2008-ci ildə Azərbaycanla Ermənistana eyni miqdarda hərbi yardımın ayrılması barədə qərar qəbul edib
# 07 iyun 2007 07:29 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, Ağ Evin ali qanunvericilik orqanına təqdim etdiyi büdcə layihəsində gələn il Azərbaycana 5,3 milyon, Ermənistana isə 3,3 milyon dollar ayrılması xahiş olunsa da, alt komitə hər iki ölkəyə 3,3 milyon dollar verilməsinə qərar verib. Bu məbləğin 3 milyon dolları Xarici Hərbi Maliyyələşmə proqramı, 300 min dolları isə Beynəlxalq Hərbi Təhsil və Treninq proqramı çərçivəsində reallaşdırılacaq. Alt komitə həmçinin ayrıca bəndlə Dağlıq Qarabağa “humanitar yardım” bölümü altında 6 milyon dollar pul ayırıb.
Xatırladaq ki, bundan əvvəl Konqresin ermənipərəst üzvləri Frenk Pallone və Co Nollenberq Dövlət, Xarici Əməliyyatlar və Müvafiq Proqramlar üzrə alt komitə üzvlərinə məktubla müraciət edərək Dağlıq Qarabağa 10 milyon dollar ayrılmasını xahiş etmişdilər. Ermənistana ayrılan yardımın həcmi isə 2007-ci illə müqayisədə daha da azalıb. 2008-də ermənilər bu illə müqayisədə 7 milyon az - 68 milyon dollar pul alacaqlar. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR