Bank Of Baku

Ramil Usubov Əfqanıstan daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Ramil Usubov Əfqanıstan daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 07 iyun 2007 15:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, qonağı salamlayan daxili işlər naziri Ramil Usubov bildirib ki, bu səfər iki ölkə daxili işlər nazirlikləri arasında əməkdaşlığın inkişafı üçün zəmin olacaq. O, Zərar Əhməd Muqbilin Əfqanıstanın Azərbaycana səfər edən ilk daxili işlər naziri olduğunu deyib. Əfqanıstanın həmişə Azərbaycanın mövqeyini müdafiə etdiyini vurğulayan nazir Azərbaycan xalqının da məğrur əfqan xalqına həmişə hörmətlə yanaşdığını söyləyib. R. Usubov Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi yol, ölkədəki kriminogen durum barədə qonaqlara məlumat verib. Zərar Əhməd Muqbil isə yüksək səviyyədə qarşılanmasına görə həmkarına minnətdarlıq edib. O, Azərbaycan hərbçilərinin Əfqanıstanda sabitliyin əldə olunmasında iştirakına görə də təşəkkürlərini çatdırıb. Daha sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, nümayəndə heyəti Bakıya dünən gəlib, qonaqların bu gün prezident İlham Əliyevə də görüşü gözlənilir. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR