Bank Of Baku

Polşanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri: “Azərbaycan Cənubi Qafqazda regional stabillik yaratmaq baxımından aktiv rol oynaya bilər”

Polşanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri: “Azərbaycan Cənubi Qafqazda regional stabillik yaratmaq baxımından aktiv rol oynaya bilər”
# 07 iyun 2007 08:59 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna Polşanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Pyotr Svitalski verib. Səfir ölkəsinin Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini vurğulayıb: “Tarixin mürəkkəbliyini, silahlı münaqişənin mövcudluğunu, Azərbaycanda müstəqil dövlət quruculuğunun çox ağır şəraitdə baş tutmasını nəzərə alaraq verməsini ölkənizdə problemlərin az olmadığını anlayırıq. Təbii ki, biz Azərbaycanın səylərini qiymətləndirən zaman ilk olaraq istiqamətləri nəzərə alırıq. Çətinliklərin, problemlərin olmasına baxmayaraq bu səylər düzgün istiqamətdə aparılır. Bu istiqamətlərə cavab verməyən mənfi faktlar olduqda, bu haqda öz fikrimizi açıq şəkildə bildiririk. Məsələn, bu faktlara söz azadlığını, kütləvi informasiya vasitələrinin azad fəaliyyətini aid edə bilərəm. Biz dəfələrlə müşahidə etmişik ki, Azərbaycan hökuməti tənqidi məqamlara müsbət reaksiya verir. Bu, çox vacibdir. Azərbaycanın özünü Avropa millətləri ailəsində arxayın hiss etməsi üçün bu istiqamətdə davamlı sürətlə irəliləməsini arzu edirəm”. Pyotr Svitalski son zamanlar ABŞ-Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda Azərbaycanın tuta biləcəyi mövqe ilə bağlı fikirlərini də bölüşüb: “Hesab edirəm ki, Azərbaycan bütün qonşuları ilə çox yaxşı münasibət saxlayır. Təbii ki, Ermənistan istisnadır. Azərbaycanın Ermənistanla həll olunmamış çox mürəkkəb problemi həll olunmamış qalır və bu problemi qısa bir zamanda həll etmək vacibdir. Hesab edirəm ki, Azərbaycanın həm Rusiya, həm Gürcüstan, həm də Türkiyə ilə çox yaxşı münasibətləri var. Bu münasibətlərin təcrübəsindən istifadə edərək regional stabilliyə nail olmaq lazımdır. Azərbaycan Cənubi Qafqazda regional stabillik yaratmaq baxımından aktiv rol oynaya bilər. Bu çətin vaxtlarda hamı ilə dostluq etmək lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR