Bank Of Baku

Kommunist Partiyasının sədr müavini Rauf Qurbanov: “Ramiz Əhmədovun səhhətindəki problemlərlə bağlı məsələyə aydınlıq gətirməsini istəyirik”

Kommunist Partiyasının sədr müavini Rauf Qurbanov: “Ramiz Əhmədovun səhhətindəki problemlərlə bağlı məsələyə aydınlıq gətirməsini istəyirik”
# 07 iyun 2007 09:20 (UTC +04:00)
“Kommunist Partiyasının sonuncu qurultayı 2003-cü ildə keçirilib. Partiyanın nizamnaməsinə görə, partiyanın qurultayı üç ildən gec olmayaraq keçirilməlidir. Bundan incimək lazım deyil və nəzərə alınmalıdır ki, mətbuatdan heç nəyi gizlətmək olmur”. Bu sözləri Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rauf Qurbanov APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qurultayın 2007-ci ilin fevralın 11-də keçirilməsi nəzərdə tutulsa da, məlum səbəblərdən bu alınmayıb. O, AKP sədri Ramiz Əhmədovun bu məsələdə belə mövqe tutmasını anlamadığını da bildirib: “İstərdim ki, məsələyə düzgün yanaşılsın və mən partiya sədri ilə bağlı məlumatları mətbuata ötürdüyümə görə ittiham edilməyim. Çünki dörd ildir Ramiz Əhmədovun səhhətində problem var. İki il mətbuatdan bu məsələ gizlədilib. Ramiz Əhmədovla bizim aramızda duz-çörək kəsilib. O, mənim üçün mühüm siyasətçi və insandır. Amma səhhətindəki problem səbəbindən Kommunist Partiyasının sədri kimi fəaliyyət göstərə bilməməyi bütün kommunistləri narahat edir. Açıq danışmaq lazımdır. Mətbuatdan bunu bir ay, iki ay, beş ay gizlətmək olar. Ramiz Əhmədov 4 ildir xəstədir. Yaxşı olardı ki, özü bu məsələlərə aydınlıq gətirsin”. R. Əhmədovun məsələ ilə əlaqədar münasibətini öyrənmək mümkün olmayıb. Ailə üzvləri onun müalicədə olduğunu deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR