Bank Of Baku

Bu axşam Küveyt və Bəhreynin xarici işlər nazirləri Bakıya gəlir

Bu axşam Küveyt və Bəhreynin xarici işlər nazirləri Bakıya gəlir
# 07 iyun 2007 10:05 (UTC +04:00)
Küveytin xarici işlər naziri, Nazirlər Kabinetinin sədr müavini Şeyx Məhəmməd əl-Salem əl-Sabah və Bəhreyn Krallığının xarici işlər naziri Xalid bin Əhməd bin əl-Xəlifə bu axşam Bakıya gəlirlər. XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəis müavini Mətin Mirzənin APA-ya verdiyi məlumata görə, hər iki nazirin rəsmi görüşləri sabah keçiriləcək. Küveytin xarici işlər naziri ilk görüşünü azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirəcək. Nazirlərin birgə brifinqi də nəzərdə tutulub. Daha sonra o, prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədov ilə danışıqlar aparacaq. Səfər çərçivəsində heç bir sənədin imzalanması nəzərdə tutulmayıb.
Bəhreyn Krallığının xarici işlər naziri Xalid bin Əhməd bin əl-Xəlifə də ilk görüşünü Elmar Məmmədyarovla keçirdikdən sonra birgə mətbuat konfransı keçiriləcək. Onu prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə qəbul edəcəklər. Mətin Mirzənin sözlərinə görə, Azərbaycan ilə Bəhreyn arasında hansısa sənədlərin imzalanması planlaşdırılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR