Bank Of Baku

ADP rəhbərliyi ATƏT sədri ilə görüşə dəvət olunmamasının səbəbini aydınlaşdırmaq üçün qurumun Bakı Ofisinə müraciət edib

ADP rəhbərliyi ATƏT sədri ilə görüşə dəvət olunmamasının səbəbini aydınlaşdırmaq üçün qurumun Bakı Ofisinə müraciət edib
# 07 iyun 2007 10:21 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi ATƏT sədri ilə müxalifət liderlərinin görüşünə partiyanın dəvət edilməməsinin səbəblərini aydınlaşdırmaq məqsədi ilə ATƏT-in Bakı ofisinin rəhbəri Xuan Luis Herrero Ansolaya müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə ADP-nin 1991-ci ildə təsis olunduğu və ictimai-siyasi proseslərdə fəal iştirak etdiyi bildirilib. Partiyanın qərbyönlü siyasətə üstünlük verməsinə baxmayaraq, ATƏT sədrinin Bakıya rəsmi səfəri zamanı bir sıra müxalifət partiyaları ilə keçirilən rəsmi görüşünə ADP-nin dəvət olunmamasının narahatlıq yaratdığı qeyd olunub. Partiya rəhbərliyi ofis rəhbərindən ADP-yə ölkədə fəaliyyət göstərən digər siyasi partiyalardan fərqli münasibət göstərilməsinə aydınlıq gətirilməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR