Bank Of Baku

İslam Partiyasının qurultayı təxirə salınmayacaq

İslam Partiyasının qurultayı təxirə salınmayacaq
# 07 iyun 2007 10:26 (UTC +04:00)
“İslam Partiyasının qurultayı təxirə salınmayacaq və yaxın bir ay ərzində hesabat-seçki konfransları yekunlaşacaq”. Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayev APA-ya bildirib ki, iki həftə ərzində ölkənin cənub və qərb bölgələrində konfranslar yekunlaşacaq və bundan sonra qurultayla bağlı texniki məsələlər həll olunacaq. Qurultayın günün tam müəyyənləşdirilmədiyini söyləyən V. Abdullayev buna baxmayaraq, partiyanın ali toplantısının iyulda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Partiya sədrinin ailəsində baş verən hüzr qurultayın təxirə salınmasına mane olmayacaq. Qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsi öz fəaliyyətini davam etdirir və planlaşdırılan bütün işlər həyata keçirilir”. O, qurultayda 2008-ci ildə Azərbaycan prezidentliyinə keçiriləcək seçkilərə münasibət bildiriləcəyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR