Bank Of Baku

ADP Akif Şahbazovla bağlı məhkəmə iddiasını geri götürüb

ADP Akif Şahbazovla bağlı məhkəmə iddiasını geri götürüb
# 07 iyun 2007 11:03 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, ADP Ali Məclisinin keçmiş sədri Akif Şahbazovla bağlı Binəqədi rayon Məhkəməsində qaldırdığı iddianı geri götürüb. Bu barədə APA-ya ADP sədrinin müavini Taliyət Əliyev məlumat verib. T. Əliyev bildirib ki, onlar ADP-nin adından istifadə etməsi, partiyanın adından danışması və nəhayət, qurultayda ADP-nin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməsi haqda mətbuatda yayılan məlumatlara görə məhkəməyə üz tutmuşdular: “Amma onlar məhkəməyə təsis sənədlərini təqdim etdilər və məlum oldu ki, ADP ilə bağlı heç bir iddiaları yoxdur, sadəcə, yeni partiya yaradıblar. Təsis qurultayının sənədlərində ADP-nin adının dəyişdirilməsi ilə bağlı heç bir müddəa olmadığı üçün iddianı geri götürdük”. A. Şahbazov da APA-ya açıqlamasında təsis sənədlərində ADP-nin adının dəyişdirilməsi ilə bağlı hər hansı bənd olmadığını deyib: “Biz bu addan imtina edərək yeni partiya yaratmışıq. Çünki ad məsələsində yersiz diskussiyalara ehtiyac görmədik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR