Bank Of Baku

ATƏT Parlament Assambleyasının yay sessiyasında regional enerji təhlükəsizliyi məsələsi müzakirə ediləcək

ATƏT Parlament Assambleyasının yay sessiyasında regional enerji təhlükəsizliyi məsələsi müzakirə ediləcək
# 07 iyun 2007 12:13 (UTC +04:00)
İyulun 5-9-da Ukraynanın paytaxtı Kiyevdə ATƏT Parlament Assambleyasının növbəti sessiyası keçiriləcək. ATƏT PA-dan APA-ya verilən məlumata görə, sessiyada Azərbaycan da daxil olmaqla 56 ölkədən 300-dən çox parlament üzvü iştirak edəcək. Toplantıda regional enerji təhlükəsizliyi, Belarusda vəziyyət, ölkələrin ATƏT qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi, demokratik inkişaf və seçki standartları, mətbuat azadlığı, azlıqların hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə, miqrasiya, insan alveri məsələləri müzakirə olunacaq. Sessiyanın gedişində Ukrayna prezidenti Viktor Yuşşenko, ATƏT PA-nın prezidenti Qoran Lenmarker, ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinos, ATƏT-in baş katibi Mark Perren Brişambo spikerlik edəcəklər. Toplantıda Orta Asiya və Quantanamo ilə bağlı məruzələr də dinlənəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR