Bank Of Baku

Vəfa Quluzadə: “ABŞ İrana zərbə endirməmiş Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmayacaq”

Vəfa Quluzadə: “ABŞ İrana zərbə endirməmiş Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmayacaq”
# 07 iyun 2007 12:17 (UTC +04:00)
“MDB dövlət başçılarının Sankt-Peterburq görüşündən heç nə gözləmirəm. Rusiya ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə birgə siyasət yeritmək məsələsini Azərbaycan və Ermənistanla müzakirə etmək niyyətindədir”. Politoloq Vəfa Quluzadə MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitini APA-ya belə şərh edib. Onun sözlərinə görə, sammitdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmayacaq: “Qarabağ məsələsinin müzakirəsi üçün şərait hələlik yetişməyib. Çünki, dövlətlərin mövqeyində dəyişikliklər yoxdur Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir, Azərbaycan isə problemin ölkənin ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Rusiyanın mövqeyi də dəyişməzdir Azərbaycan və Ermənistanın NATO-ya üzv qəbul olunmaması üçün Rusiya bu münaqişəni həmişə dondurulmuş vəziyyətdə qalmasını istəyəcək. ABŞ-ın mövqeyi belədir ki, bu ölkə İrana zərbə vurmamış Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Rusiya çökməlidir. Artıq bu proses gedir. Dağlıq Qarabağ münaqişəsi Rusiyanın bu problemi dondurulmuş vəziyyətdə saxlamaq niyyətindən əl çəkdikdən sonra həll oluna bilər”. Politoloq Rasim Musabəyov isə APA-ya verdiyi açıqlamada münaqişənin həll nöqtəsinə yaxınlaşması ilə bağlı optimist fikirləri tam bölüşmədiyini vurğulayıb. O, hər şeyin iyunun 10-da keçiriləcək görüşdən sonra aydınlaşacağını bildirib: “Bu vaxta kimi də münaqişənin həll nöqtəsinə çatmasına dair ehtimallar ortaya çıxsa da, bu ümidlər özünü doğrultmayıb. Nəzərə alsaq ki, görüş Sankt-Peterburqda keçiriləcək və orada həmsədrlərlə yanaşı Rusiyanın xarici işlər naziri və prezidenti də məsələyə müdaxilə edə, ermənilərə müəyyən təsir göstərə bilərlər. Rusiya öz təsir imkanlarından istifadə etsə, münaqişənin nizamlanması prosesində müəyyən irəliləyiş mümkündür. Mənə elə gəlir ki Sankt-Peterburq görüşündən sonra Azərbaycan iqtidarı öz siyasətini daha dəqiq seçmək imkanı əldə edəcək”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR