Bank Of Baku

MSK aşağı seçki komissiyalarının üzvləri üçün kursları payıza kimi təxirə salıb

MSK aşağı seçki komissiyalarının üzvləri üçün kursları payıza kimi təxirə salıb
# 07 iyun 2007 13:06 (UTC +04:00)
Ölkə prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün nəzərdə tutduğu kurslar payıza kimi təxirə salınıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib. Kursların təxirə salınmasına səbəb havaların isti keçməsidir. MSK rəhbərliyi kursları sentyabrda keçirməyi planlaşdırıb. Mətbuat xidmətindən bildirildiyinə görə, artıq kursların proqramı hazırlanıb, mövzular müəyyənləşib. Komissiya üzvləri üçün ümumilikdə 70 saat müddətində seminarların keçirilməsi nəzərdə tutulub. Aşağı seçki komissiyalarının üzvləri üçün keçiriləcək kurslarda seçki hüququ və seçki prosedurlarının yerinə yetirilməsi ilə bağlı izahatlar əsas xətt olacaq. Kurslar ilkin olaraq paytaxtda, sonrakı mərhələdə isə bölgələrdə keçiriləcək. Dərslərin sonunda kurs iştirakçılarına sertifikatlar veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR