Bank Of Baku

Elmar Məmmədyarov Böyük Britaniya İcmalar Palatasının üzvlərini qəbul edib

Elmar Məmmədyarov Böyük Britaniya İcmalar Palatasının üzvlərini qəbul edib
# 07 iyun 2007 13:42 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin İcmalar Palatasının Xarici əlaqələr komitəsinin üzvlərini qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qonaqlar bölgəyə səfərdə məqsədlərinin qlobal enerji təhlükəsizliyi məsələlərinin öyrənilməsi, region dövlətlərində mövcud siyasi durumla tanışlıq olduğunu bildiriblər. Onlar Azərbaycanın regionda özünəməxsus mövqeyi və rolunu qeyd ediblər. Parlamentarlar Azərbaycanın xarici siyasət prinsipləri, enerji təhlükəsizliyində rolu, qonşu dövlətlərlə əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları haqda məlumat almaq istədiklərini deyiblər. E. Məmmədyarov isə bu yaxınlarda Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının prezident tərəfindən imzalandığını xatırladaraq onun əsasında xarici siyasət konsepsiyasının da hazırlanacağını açıqlayıb. Azərbaycanın xarici siyasətində avroatlantik strukturlara inteqrasiyanın əsas prioritetlərdən biri olduğunu vurğulayan nazir Bakının yürütdüyü enerji siyasəti, qoşulduğu regional layihələr barədə də ətraflı məlumat verib. Nazir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin tənzimlənməsi məsələsinin Azərbaycanın siyasətində ən önəmli yer tutduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR