Bank Of Baku

AŞPA Monitorinq Komitəsi Ermənistanda keçirilmiş parlament seçkilərində baş vermiş nöqsanları tənqid edib

AŞPA Monitorinq Komitəsi Ermənistanda keçirilmiş parlament seçkilərində baş vermiş nöqsanları tənqid edib
# 07 iyun 2007 14:50 (UTC +04:00)
Bu barədə APA-ya iclasda iştirak etmiş Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, bununla yanaşı Ermənistanda keçirilmiş seçkilər ümumi şəkildə bəzi məqamlarda müsbət irəliləyişlərlə müşahidə olunan bir seçkilər kimi qələmə verilir. “Monitorinq Komitəsinin təngidi məqamları kənara qoymaması təqdirəlayiq haldır. Komitə bu məqamları gündəmə gətirib, seçkilərə verilmiş qiyməti obyektivliyə yaxın qiymətləndirib. Bəzi təşkilatlar çalışırlar həmin seçkiləri həddindən artıq optimist, müsbət və reallığa o qədər də uyğun olmayan şəkildə təqdim etsinlər”. İclasda Ukraynada yaranmış siyasi vəziyyət də müzakirə olunub. Ukraynanı “Azərbaycan üçün çox vacib və əhəmiyyətli ölkə” adlandıran Səməd Seyidov artıq bu ölkədə növbədənkənar parlament seçkilərinin sentyabr ayında keçirilməsi barədə razılıq əldə olunduğunu xatırladıb. “Hesab edirəm ki, bu çox vacib məqamdır, ona görə ki, Azərbaycan-Ukrayna münasibətləri bizim üçün vacibdir, Ukrayna Avropa üçün ən vacib postsovet ölkələrindən biridir. Təbii ki, Monitorinq Komitəsi orada gedən prosesləri diqqətlə izləyir və proseslərin qanun çərçivəsində və problemsiz öz həllini tapmasına tərəfdardır” Monitorinq Komitəsinin bugünkü iclasında müzakirə olunan digər məsələ 2004-cü ildə Avropa Şurasına qəbul olunmuş Monako ilə bağlı ilk hesabatın dinlənilməsi olub.
Səməd Seyidovun sözlərinə görə, Monitorinq Komitəsində Azərbaycanla bağlı heç bir müzakirələr aparılmayıb. İclasda qurumun Azərbaycan üzrə həmməruzəçilərindən estoniyalı deputat Andres Herkel də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR