Bank Of Baku

Bolqarıstanın vitse-prezidenti Angel Marin Bakıya gələcək

Bolqarıstanın vitse-prezidenti Angel Marin Bakıya gələcək
# 08 iyun 2007 08:35 (UTC +04:00)
Bolqarıstanın vitse-prezidenti Angel Marin iyunun 19-da Bakıda keçiriləcək Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilatın (GUAM) sammitində iştirak etmək üçün Bakıya gələcək. Bu barədə APA-ya Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Xatırladaq ki, sammitdə iştirak etmək üçün 30-a yaxın ölkə və beynəlxalq təşkilatın rəhbərinə dəvət göndərilib. İyunun 16-17-də GUAM Milli Koordinatorlar Şurasının, iyunun 18-də quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasları keçiriləcək. Zirvə toplantısı isə iyunun 19-da baş tutacaq. Sammit çərçivəsində “GUAM-ABŞ” və “GUAM-Yaponiya” görüşləri də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR