Bank Of Baku

ABŞ prezidentinin müşaviri Stiven Xedli: “Əgər bu vəziyyət Azərbaycan hökumətini razı salarsa, bizim Qəbələ RLS-dən istifadə məsələsində problemimiz yoxdur”

ABŞ prezidentinin müşaviri Stiven Xedli: “Əgər bu vəziyyət Azərbaycan hökumətini razı salarsa, bizim Qəbələ RLS-dən istifadə məsələsində problemimiz yoxdur”
# 08 iyun 2007 09:02 (UTC +04:00)
Hazırda bu stansiyadan Rusiya icarə əsasında istifadə edir”. APA-nın ABŞ bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Xedli verib. Onun sözlərinə görə, rəsmi Moskva Vaşinqtona Çexiya ərazisində qurulacaq yeni raket hücumundan müdafiə sistemi əvəzinə “Qəbələ” RLS-dən istifadəni təklif edib: “Hamıya məlumdur ki, “İdjis” kreyserlərinin fəaliyyəti üçün limitlər mövcuddur. Buna görə də biz Avropa qitəsində raketləri zərərsizləşdirə biləcək qurğuların quraşdırılmasını zəruri sayırıq”. Qəbələ RLS-dən istifadə təklifinin ABŞ-da narahatlıq doğurub-doğurmadığı məsələsinə münasibət bildirən Xedli deyib ki, Vaşinqton bundan narahat deyil: “Əgər Azərbaycan hökumətini bu vəziyyət razı salırsa, bizim üçün heç bir problem yoxdur”. O, Vaşinqtonla Moskva arasında raket hücumundan müdafiə kompleksinin quraşdırılması ilə bağlı müzakirələrin gələn ay davam edəcəyini bildirib. Çexiyanın baş naziri Mirek Topolanek Rusiyanın Qəbələ RLS-dən istifadə ilə bağlı ABŞ-a etdiyi təklifi soyuqqanlılıqla qarşılayıb: “Bu, Rusiyanın Mərkəzi Avropanı yenidən öz təsiri altına salmasına bənzəyir. Amma Putinin bu məsələni ABŞ-la müzakirə etməsi də böyük irəliləyişdir”. Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda yerləşən Qəbələ radiolokasiya stansiyasının imkanlarından ABŞ-ın da istifadəsi ilə bağlı təklifi dəyərləndirib: “Hesab etmirəm ki, soyuq müharibəyə yenidən başlamaq Putinin ürəyincədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR