Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfiri Amerika Dövlətləri Təşkilatı Baş Assambleyasının 37-ci sessiyasında çıxış edib

Azərbaycanın ABŞ-dakı səfiri Amerika Dövlətləri Təşkilatı Baş Assambleyasının 37-ci sessiyasında çıxış edib
# 08 iyun 2007 09:35 (UTC +04:00)
Bu ilki sessiyanın əsas mövzusu “Davamlı inkişaf üçün enerji” olub. Səfir Yaşar Əliyev sessiyanın mövzusu üzrə çıxışında dünyada ilk dəfə sənaye neft istehsalının hələ 1848-ci ildə Azərbaycanda baş verdiyini söyləyib. Səfir Azərbaycanda enerji sektorunun inkişafı, ölkəmizin neft-qaz sahəsində irimiqyaslı regional layihələrdə iştirakı, əldə olunmuş iqtisadi nailiyyətlər haqqında məlumat verib, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın aparıcı rol oynadığını vurğulayıb. Səfir qeyd edib ki, son illərdə Azərbaycan neft-qaz istehsalçısı olmaqla yanaşı, enerji ehtiyatlarının tranziti üzrə mühüm ölkəyə çevrilib. Səfir ölkə iqtisadiyyatının davamlı inkişaf etdirilməsi üçün enerji ehtiyatlarından səmərəli istifadə, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərdən söz açıb. O, bu sahədə təcrübə mübadiləsi edilməsi üçün Azərbaycanın Amerika Dövlətləri Təşkilatına üzv olan ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Sessiya çərçivəsində Səfir Yaşar Əliyev Amerika Dövlətləri Təşkilatının rəhbərliyi, Latın Amerikası regionu ölkələrinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Qeyd edək ki, Azərbaycan 2002-ci ildən Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçi statusuna malikdir. Təşkilata 35 daimi üzv-dövlət, 60 daimi müşahidəçi statusunda dövlət daxildir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR