Bank Of Baku

Ermənilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə zərbə vurmaq üçün internetlə yeni etiraz aksiyasına başlayıblar

Ermənilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə zərbə vurmaq üçün internetlə yeni etiraz aksiyasına başlayıblar
# 08 iyun 2007 09:43 (UTC +04:00)
http://www.armenianaction.com/index.php?lang=en internet səhifəsinə girən ermənilər oradan ATƏT-in səri Miguel Angel Moratinos, ABŞ dövlət katibi Kondoliza Rays, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiya XİN başçısı Sergey Lavrov, onun ermənistanlı həmkarı Vardan Oskanyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov, Bernar Fasye, ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşikə pulsuz etiraz faksı göndərirlər. Etiraz məktubunda ”žDağlıq Qarabağ münaqişəsinin həllinin ATƏT-in Minsk Qrupunun vasitəçiləri Bernar Fasye və Yuri Merzlyakov tərəfindən 25 may 2007-ci ildə Bakıda bəyan edilən ümumi şərtlərinin erməni xalqının sakit və təhlükəsiz gələcəyə dair gözləntiləri ilə ziddiyyət təşkil etdiyi” bildirilir. Kampaniya iştirakçıları ”žDağlıq Qarabağın azad olunmuş torpaqlarının” Azərbaycana geri qaytarılmasından və regionun Azərbaycan daxilində anklav və ya yarım-anklav vəziyyətinə düşməsindən narahatdırlar: ”žQeyri-müəyyən gələcəkdə Dağlıq Qarabağın statusuna dair dəqiq olmayan referendum vədi əslində Dağlıq Qarabağ xalqının təyini-müqəddərat hüququnu inkar edir”. Bundan başqa separatçı rejimin beynəlxalq səviyyədə tanınmaması kampaniya iştirakçılarını narahat edən amillərdəndir. Müraciətdə mövcud nizamlama şərtlərinin doğuracağı nəticələrə dair erməni cəmiyyətinin mövqeyi ATƏT-ə çatdırılır və öz müqəddəratını təyin etmə hüququ və regionun heç vaxt Azərbaycana məxsus olmaması kimi ənənəvi erməni tezisləri təkrarlanır: ”žProblem indiki şərtlər çərçivəsində həll olunarsa, Cənubi Qafqazdakı mövcud regional təhlükəsizlik sistemi pozula bilər. ATƏT erməniləri birtərəfli güzəştlərə vadar etməklə Azərbaycanın Dağlıq Qarabağa qarşı gələcək təcavüzünə görə məsuliyyəti üzərinə götürür. Bu təcavüzün Qarabağın hüdudlarının ətrafındakı tarixi erməni torpaqlarının Azərbaycana qaytarılmasından dərhal sonra baş verməsi qaçılmazdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR