Bank Of Baku

Ziyafət Əsgərov: “Rusiyanın “Qəbələ RLS-i üçüncü tərəfə icarəyə verməsi üçün mütləq Azərbaycanın razılığı olmalıdır”

Ziyafət Əsgərov: “Rusiyanın “Qəbələ RLS-i üçüncü tərəfə icarəyə verməsi üçün mütləq Azərbaycanın razılığı olmalıdır”
# 08 iyun 2007 10:04 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Komissiya sədri bildirib ki, 2002-ci ildə Moskvada Rusiya ilə Azərbaycan arasında Qəbələ Radiolokasiya Stansiyasının (“Daryal” Analitik İnformasiya Mərkəzi) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında saziş imzalanıb. Həmin saziş Milli Məclis tərəfindən 2002-ci ilin martda ratifikasiya edilib. Z. Əsgərovun sözlərinə görə, sazişin 4-cü maddəsinə əsasən Rusiya tərəfi həmin stansiyanı hər hansı bir üçüncü tərəfə icarəyə vermək istəsə, mütləq Azərbaycanın razılığı olmalıdır. Milli Məclis sədrinin birinci müavini Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək onunla bu məsələni razılaşdırmasını həmin müqaviləyə uyğun olduğunu deyib: “Azərbaycanın razılığı olmadan Rusiya üçüncü tərəflə Qəbələ RLS-ə dair saziş bağlamaq hüququna malik deyil. Biz həmin stansiyanı 10 illiyə Rusiyaya icarəyə vermişik”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR