Bank Of Baku

Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbərinə tənqidi məktub ünvanlayıb

Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbərinə tənqidi məktub ünvanlayıb
# 08 iyun 2007 10:37 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herreroya qurumun Azərbaycandakı fəaliyyətini tənqid edən məktub ünvanlayıb. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda bir neçə gün öncə Bakıda səfərdə olan ATƏT sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos və ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarkerin Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiya və ictimai təşkilatların rəhbərləri ilə görüşünə VHP-nin dəvət olunmamasının başadüşülməz olması diqqətə çatdırılıb: “ATƏT-in Bakı ofisinin, istər sizdən əvvəlki, istərsə də gəlişinizdən sonra, siyasi partiyalarla qurduğu münasibətləri, həmçinin keçirdiyi görüşlərdəki prinsiplərini anlamaq mümkün deyil. Əgər ATƏT-in Bakı ofisi müəyyən müzakirələrin yalnız parlament partiyaları ilə aparılmasına tərəfdardırsa, onda Vətəndaş Həmrəyliyi Partiyası bu görüşlərə mütləq dəvət olunmalıdır. Yox, ATƏT-in müzakirələrə dəvət prinsipi partiyaların seçkilərdə iştirakı və topladığı səslərlə müəyyənləşirsə, Vətəndaş Həmrəyliyi Partiyası yenə də dəvət olunmalıdır. Halbuki ATƏT-in təşəbbüsü ilə keçirilən görüşlərə dəvət alan partiyalardan elələri var ki, nə parlamentdə təmsil olunurlar, nə bölgələrdə bir dənə də yerli təşkilatları var, nə üzvlərinin sayı 100 nəfəri aşır, nə rəsmi dövlət qeydiyyatından keçib, nə də hansısa seçkidə iştirak edib. Beləliklə, cənab səfir, mənim üçün maraqlıdır: Siz hansı prinsiplərlə işləyirsiniz? Nəzərinizə çatdırıram ki, mən ATƏT-in Bakı ofisinin bu cür fəaliyyəti ilə əlaqədar ATƏT sədrini məlumatlandıracağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR