Bank Of Baku

AMİP-in piketinə icazə verilməyib

AMİP-in piketinə icazə verilməyib
# 05 sentyabr 2007 13:05 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (AMİP) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sentyabrın 7-də Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirməsinə icazə verməyib. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyinin partiyaya bu gün ünvanladığı məktubda aksiyanın keçirilməsinin məqsədəuyğun sayılmadığı bildirilib. Buna baxmayaraq, Ə. Orucov aksiyanı keçirməkdə israrlı olduqlarını deyib: “Biz istənilən halda bu piketi keçirəcəyik. Aksiyada iştirak edəcək partiya üzvlərinə də tapşırmışıq ki, orada polislə hər hansı qarşıdurmaya yol verməsinlər və provokasiyaya uymasınlar. Çünki biz belə provokasiyaların olacağını düşünürük”. Ə. Orucov şəhər rəhbərliyinin cavabının “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna zidd olduğunu da deyib. O, aksiyanın saat 13:00-da başlayacağını bildirib. Piketin keçirilməsinə səbəb ölkədə aparılan sosial və iqtisadi siyasətə dəyişiklik tələb etməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR