Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi istintaqa çağırılıb

Bakı Şəhər İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi istintaqa çağırılıb
# 05 sentyabr 2007 13:29 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya verilən məlumata görə, istintaqa çağırılanlar arasında Bakı şəhərinin baş memarı, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Akif Abdullayev, həmin idarənin Yasamal rayonu üzrə kuratoru Fəxri Aydəmirov və başqa məsul şəxslər də var.
Xatırladaq ki, sentyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Akif Məhərrəmovun saxlanılıb. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev APA-ya bildirib ki, A. Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb, Yasamal rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. A. Məhərrəmovun saxlanılmasına Yasamal rayonu Murtuza Muxtarov küçəsi, 185 ünvanında yeni inşa olunan hündür mərtəbəli binanın uçması ilə bağlı aparılan istintaq çərçivəsində qərar verilib. Məlumata görə, Bakı Şəhər Mənzil Kooperativ Təsərrüfatı İdarəsi yeni tikililərdəki mənzillərə order vermək səlahiyyətinə malikdir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR