Bank Of Baku

“Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamla bağlı təkliflər Prezidentin İcra Aparatına təqdim olunacaq

“Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamla bağlı təkliflər Prezidentin İcra Aparatına təqdim olunacaq
# 05 sentyabr 2007 14:08 (UTC +04:00)
“Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” ölkə prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə bağlı təkliflər sentyabrın 11-dən gec olmamaq şərti ilə ümumiləşdirilmiş şəkildə Prezidentin İcra Aparatına təqdim olunacaq. APA-nın məlumatına görə, Milli QHT Forumunun prezidenti Azay Quliyev bildirib ki, bununla bağlı hazırlanan layihədə təkliflər alternativ qaydada hazırlanacaq. Konsepsiya həyata keçirildikdən sonra hansısa QHT-nin müstəqilliyinin əlindən alınacağı haqda deyilən fikirlərlə razılaşmadığını söyləyən A. Quliyev bu yanaşmanı düzgün hesab etməyib: “Əvvəllər QHT-lərə xarici qrant təşkilatlarının təsirindən gileylənirdik. Bu gün isə bəziləri əsassız fikirlər söyləyir. Əksinə, dövlətin QHT-lərə yardım göstərmək istəyini stimullaşdırmalı, bu məsələyə daha çox dəstək verməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR