Bank Of Baku

Həbs olunan AMİP-çinin işi prokurorluğa göndərilib

Həbs olunan AMİP-çinin işi prokurorluğa göndərilib
# 05 sentyabr 2007 15:08 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahimlə bağlı rayon polis şöbəsində aparılan araşdırma başa çatdırılıb və iş rayon prokurorluğuna göndərilib. Bu barədə APA-ya RPŞ-nin müstəntiqi Bilal Nəbiyev məlumat verib. Onun sözlərinə görə, partiya üzvünün əməli sübut olunub, ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmə) cinayət işi qaldırılıb və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. M. Rahimin konkret hansı əməlinə görə həbs olunmasına gəldikdə, müstəntiq bunun istintaq sirri olduğunu deyərək açıqlama verməyib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya üzvü hazırda Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. Avqustun 23-dən həbs olunmuş M. Rahimə ailə üzvləri ilə görüş verilmədiyi bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR