Bank Of Baku

Oqtay Əsədov Koreya prezidenti ilə görüşüb

Oqtay Əsədov Koreya prezidenti ilə görüşüb
# 05 sentyabr 2007 15:22 (UTC +04:00)
Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov bu ölkənin prezidenti Roh Mu-hyun ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Koreya prezidenti Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. O. Əsədov isə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. O, bütün sahələrdə əlaqələrin intensivləşməsinin hər iki tərəfə faydalı olacağını söyləyib: “2006-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təqribən 110 milyon ABŞ dolları təşkil edib. Cari ilin altı ayı ərzində isə bu rəqəm artaraq 157 milyon dollardan çox olub. Koreyanın bir sıra şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu yaxınlarda Koreya Milli Neft Korporasiyası Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “İnam” neft yatağının işlənməsi sazişində 20 faizlik paya sahib olub”. O. Əsədov səfər çərçivəsində Koreya Milli Assambleyasının sədri Lim Çae-canqla da görüşüb və Koreya Elektrik Enerjisi Korporasiyasında olub.
Azərbaycan parlament nümayəndə heyətinin Koreyaya rəsmi səfəri davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR