Bank Of Baku

Saleh Kamrani həbsxanada ailə üzvləri ilə görüşüb

Saleh Kamrani həbsxanada ailə üzvləri ilə görüşüb
# 05 sentyabr 2007 15:24 (UTC +04:00)
İran türklərinin hüquqları uğrunda hərəkatın fəallarından olan vəkil Saleh Kamrani həbsxanada ailə üzvləri ilə görüşüb. S. Kamraninin həyat yoldaşı Mina Əsxəri APA-ya bildirib ki, görüş nəzarətçilərin iştirakı ilə keçirildiyindən türkcə danışmağa icazə verilməyib. O, S. Kamraninin saxlanma şəraitindən narazı olmadığını, lakin vəkil tutmağa icazə verilmədiyini söyləyib. M. Əsxəri həyat yoldaşına irəli sürülən ittihamın açıqlanmadığını da deyib.
Qeyd edək ki, S. Kamrani milli hüquqlarını tələb edən və buna görə həbs olunan bir çox İran türklərinin, o cümlədən Abbas Lisaninin vəkili olub. Siyasi mövqeyinə görə 2006-cı ilin iyununda saxlanılıb və həmin ilin sentyabrında sərbəst buraxılıb. Avqustun 18-də S. Kamrani Tehran yaxınlığında yerləşən Kərəc şəhərində toy mərasimində iştirak edərkən yenidən həbs edilib və hazırda Tehranın “Evin” həbsxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR