Bank Of Baku

Sabah Bakıda “Təhlükəsizlik sektorunda demokratik idarəetmə” mövzusunda 3 günlük seminar-treninq başlayacaq

Sabah Bakıda “Təhlükəsizlik sektorunda demokratik idarəetmə” mövzusunda 3 günlük seminar-treninq başlayacaq
# 05 sentyabr 2007 15:41 (UTC +04:00)
Sabah Bakıda Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) və Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CESS) təşkilatçılığı ilə “Starlink” proqramı çərçivəsində “Təhlükəsizlik sektorunda demokratik idarəetmə” mövzusunda 3 günlük seminar-treninq başlayacaq. Bu barədə APA-ya MBAM-ın rəhbəri Leyla Əliyeva məlumat verib. Treninqlərdə Azərbaycanın güc strukturlarının, QHT-lərin nümayəndələri, həmçinin hərbi və təhlükəsizlik mövzularında yazan jurnalistlər iştirak edəcəklər. Mətbuat üçün bağlı olan seminar-treninqləri Hollandiya, Belçika, İspaniya və İngiltərədən olan mütəxəssis-təlimatçılar aparacaq. L. Əliyevanın sözlərinə görə, bu, “Starlink” proqramı çərçivəsində Bakıda təşkil olunmuş üçüncü analoji tədbirdir. Bundan əvvəl müdafiə sektoru və hüquq-mühafizə orqanlarının nümayəndələri üçün bu tip seminar-treninqlər təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR