Bank Of Baku

Xorvatiyanın xarici işlər naziri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

Xorvatiyanın xarici işlər naziri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”
# 06 sentyabr 2007 07:05 (UTC +04:00)
Görüşdə 4 saziş layihəsi nəzərdən keçirilib, ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub. Xorvatiya rəsmisi siyasi münasibətlərin yüksək səviyyəsinin iqtisadi əlaqələr ilə də gücləndirilməsinin vacibliyini söyləyib, Elmar Məmmədyarov isə humanitar əlaqələrin önəmliliyini vurğulayıb. Tərəflər Diplomatik Akademiyalar arasında əməkdaşlıq imkanlarının müzakirə ediblər. Daha sonra Azərbaycan və Xorvatiya xarici siyasət idarələrinin rəhbərləri birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Xorvatiya diplomatı Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bildirib və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının dəstəklədiyini qeyd edib. Bu gün nazir Elmar Məmmədyarov həmçinin Xorvatiya prezidenti Stepan Mesiç ilə görüşüb. Görüşdə Balkanlarda vəziyyət, iqtisadi və siyasi məsələlər müzakirə olunub, Avropa İttifaqı və NATO ilə əlaqələrdə təcrübələrin öyrənilməsi haqqında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarovun Xorvatiyaya rəsmi səfəri davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR