Bank Of Baku

Vladimir Ruşaylo: “MDB dövlət başçılarının növbəti sammitində miqrasiya siyasətinə dair bəyannamə müzakirə olunacaq”

Vladimir Ruşaylo: “MDB dövlət başçılarının növbəti sammitində miqrasiya siyasətinə dair bəyannamə müzakirə olunacaq”
# 06 sentyabr 2007 08:49 (UTC +04:00)
Ruşaylonun sözlərinə görə, MDB ölkələri arasında əməkdaşlıq istiqamətində böyük işlər görülüb: “Qəbul olunan sənədlər sırasında terrorizmə qarşı mübarizə və qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələlər iqtisadi inteqrasiya, humanitar layihələrlə birgə əsas yerləri tutur. MDB dövlət başçılarının son sammitində, həmçinin MDB Daxili İşlər Nazirləri Şurasının iclasında qlobal təhlükəsizlik məsələləri ən geniş formada müzakirə olunacaq. Kazan sammitindən sonra məlum oldu ki, hüquq-mühafizə orqanlarının koordinasiya fəaliyyətini aktivləşdirmək lazımdır”. Vladimir Ruşaylo bildirib ki, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Qazaxıstan prezidentinin təşəbbüsü ilə miqrasiya siyasəti məsələlərinin müzakirəsi nəzərdə tutulub: “Bu təkliflə əlaqədar xüsusi işçi qrupu yaradılıb və fəaliyyətə başlayıb. İşçi qrup artıq miqrasiya siyasətinə dair bəyannamənin layihəsini hazırlayaraq təqdim edib. Bu məsələ MDB dövlət başçılarının Düşənbə sammitində müzakirə olunacaq”. Vladimir Ruşaylo avqustun 15-də Belarusun mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair daha bir layihə təqdim etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR