Bank Of Baku

Ziyafət Əsgərov: “Qəbələ RLS Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə heç bir təhlükə törətmir”

Ziyafət Əsgərov: “Qəbələ RLS Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə heç bir təhlükə törətmir”
# 06 sentyabr 2007 08:51 (UTC +04:00)
“Qəbələ RLS-in Azərbaycanda fəaliyyət göstərməsi analitik informasiya xarakteri daşıyır, ölkənin suverenliyi və ərazi bütövlüyünə heç bir təhlükə törətmir”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zarenin Qəbələ RLS-dən Rusiya ilə ABŞ-ın birgə istifadəsinin Azərbaycanın suverenliyinin pozulması mənasına gəldiyini söyləməsinə münasibət bildirən Z. Əsgərov Rusiya və Azərbaycan arasında Qəbələ RLS-in istifadəsinə dair bağlanan müqaviləni xatırladıb. Onun sözlərinə görə, həmin müqavilənin müddəti 2012-ci ilə qədərdir: “Daryal RLS-in analitik informasiya xarakteri daşıdığı məhz həmin müqavilədə göstərilib”. RLS-dən Rusiya ilə ABŞ-ın birgə istifadəsinə gəlincə, Z. Əsgərov Milli Məclisin bu məsələyə dair müzakirələrdə iştirak etmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR