Bank Of Baku

Natiq Məmmədov: “MSK digər katibini indiki məqamda müəyyənləşdirmək mümkün deyil”

Natiq Məmmədov: “MSK digər katibini indiki məqamda müəyyənləşdirmək mümkün deyil”
# 06 sentyabr 2007 09:13 (UTC +04:00)
“Mərkəzi Seçki Komissiyasının (MSK) digər katibini indiki məqamda müəyyənləşdirmək mümkün deyil”. Bunu APA-ya açıqlamasında MSK-da parlamentdəki bitərəfləri təmsil edən katib Natiq Məmmədov deyib. O bildirib ki, hazırda MSK-nın tərkibi tam formalaşdırılmayıb. Bəzi partiyalar bu quruma öz nümayəndələrini göndərmədikləri üçün problemin həll olunmadığını söyləyən N. Məmmədov belə məqamda digər katibi müəyyənləşdirməyi mümkün saymır: “Milli Məclis nə zaman MSK-da boş qalan yerlərə nümayəndə təyin etsə, o zaman katib də müəyyənləşəcək. MSK tam formalaşmalıdır ki, biz bu addımı ata bilək”. N. Məmmədov MSK-nın tam formalaşmamasına baxmayaraq, onun səlahiyyətli olduğunu qeyd edib və fəaliyyətində hər hansı problemin olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR