Bank Of Baku

İraq Türkmən Milli Cəbhəsinin nümayəndə heyəti Əli Əhmədovla görüşüb

İraq Türkmən Milli Cəbhəsinin nümayəndə heyəti Əli Əhmədovla görüşüb
# 06 sentyabr 2007 09:39 (UTC +04:00)
Bu gün İraq Türkmən Milli Cəbhəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovla görüşüb. Səfərin təşkilatçısı olan Qafqaz Media Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə İraq türkmənlərinin qarşılaşdıqları problemlər haqda danışılıb və Azərbaycanın bu məsələlərdə onlara göstərə biləcəyi yardım müzakirə edilib. Ə. Əhmədov Azərbaycanın iqtidar partiyasının İraq türkmənlərinin problemləri barədə məlumatlı olduğunu söyləyib. O, müxtəlif məsələlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın məqsədəuyğun olduğunu bildirib. Ə. Əhmədov İraq türkmənlərinin Azərbaycanın ali məktəblərində təhsil alması ilə bağlı məsələnin gündəmə gətirilməsi təklifinə dəstək verəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR