Bank Of Baku

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Gəncəyə səfər edib

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Gəncəyə səfər edib
# 06 sentyabr 2007 11:09 (UTC +04:00)
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, T. Hammarberq ilk öncə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Yarım saat davam edən görüşdən sonra T. Hammarberq Nizami rayon məhkəməsinə gəlib və məhkəmənin sədri Əli Tağıyevlə görüşüb. AŞ komissarı burada olan şəraitlə maraqlanıb və mövcud durumdan razı qaldığını bildirib. Daha sonra Tomas Hammarberq Ombudsman Aparatının Gəncədə fəaliyyətə başlayacaq regional ofisində gedən işlərlə maraqlanıb. Ədliyyə Nazirliyinin Gəncədə yerləşən 2 saylı təcridxanasına yollanan AŞ komissarı burada dustaqlara yaradılan şəraitlə yaxından tanış olub. Tomas Hammarberq günün ikinci yarısında Gəncə şəhər sinir xəstəlikləri xəstəxanasına və Körpələr Evinə baş çəkəcək. Bununla da Avropa Şurasının insan haqları üzrə komissarının Gəncəyə səfəri başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR