Bank Of Baku

İsa Qəmbər ABŞ səfirinin müavini və müşaviri ilə görüşüb

İsa Qəmbər ABŞ səfirinin müavini və müşaviri ilə görüşüb
# 06 sentyabr 2007 11:10 (UTC +04:00)
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ-ın Azərbaycandakı səfirinin müavini Donald Lu və səfirin siyasi məsələlər üzrə müşaviri Rebeka Neyslandla görüşüb. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın avroatlantik məkana inteqrasiyası, ölkədəki ictimai-siyasi vəziyyət, təzyiqə məruz qalan jurnalistlərin hüquqlarının müdafiəsi, mətbuatın durumu və qarşıdan gələn prezident seçkiləri barədə fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR