Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyində İraq türkmənləri ilə görüş keçirilib

DAK-ın Azərbaycan nümayəndəliyində İraq türkmənləri ilə görüş keçirilib
# 06 sentyabr 2007 11:49 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində İraqdakı Türkmən Ədalət Partiyasının sədri Ənvər Bayraqdarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdə DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev, akademik Vəli Əliyev, hüquqşünas Adil Minbaşı, polkovnik Eldar Rüstəmov, türk dünyası ilə əlaqələr departamentinin rəhbəri Şəmistan Əlizamanlı çıxış edərək İraq türkmənləri ilə əlaqələri genişləndirməyə, onların problemlərinin həllinə yardım etməyə hazır olduqlarını bildiriblər. Ə. Bayraqdar qarşılıqlı əməkdaşlığa hazır olduqlarını, Azərbaycanın elm və mədəniyyət xadimlərinin İraqa səfərlərini arzuladıqlarını söyləyib. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR