Bank Of Baku

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri qurumun növbəti sessiyasına qədər Azərbaycana səfər etməyəcəklər

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri qurumun növbəti sessiyasına qədər Azərbaycana səfər etməyəcəklər
# 06 sentyabr 2007 11:52 (UTC +04:00)
Bu barədə bu gün APA-ya eksklüziv açıqlamasında A. Herkel məlumat verib. Bu səfərin sessiyadan sonra baş tuta biləcəyini deyən həmməruzəçi gələn həftə Parisdə AŞPA Monitorinq Komitəsinin iclasının keçiriləcəyini söyləyib: “Mənim həmin iclasda Azərbaycanla bağlı çıxış etməyim iclasın gündəliyinə çıxarılan məsələlərdən asılıdır, gündəliklə isə hələ tanış deyiləm”. Bakıda səfərdə olan AŞ-nin İnsan Haqları üzrə Komissarı Tomas Hammarberqin eks-səhiyyə naziri Əli İnsanovla görüşməsinə münasibət bildirən həmməruzəçi bunu yaxşı hal adlandırıb. Amma həmməruzəçi T. Hammarberqin Bakıya səfəri ərəfəsində onunla görüşmədiyini və Ə. İnsanovla görüşməyi ona tövsiyə etmədiyini bildirib: “Komissar bizim gördüyümüz işlərlə onsuz da tanışdır”.
A. Herkel AŞ Nazirlər Komitəsinin “Aqo” qrupunun funksiyaları ilə həmməruzəçilərin funksiyalarının arasında fərqə dair sualı cavablandıraraq deyib ki, “Aqo” qrupunun üzvləri diplomatlar - AŞ-yə üzv ölkələrin daimi nümayəndələri, həmməruzəçilər isə milli parlamentlərin üzvləridir: “Ancaq hansısa mənada biz eyni işlə ilə məşğuluq. Mən “Aqo” qrupunun bir çox üzvü ilə görüşmüşəm və hesab edirəm ki, son zamanlar bu qrupun fəaliyyəti daha da dolğunlaşıb”.
Həmməruzəçi Bakıda hündür mərtəbəli binanın uçması nəticəsində yaşanan faciədən məlumatı olmadığını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR