Bank Of Baku

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin növbəti yığıncağının Əfqanıstanda keçiriləcəyi gözlənilir

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin növbəti yığıncağının Əfqanıstanda keçiriləcəyi gözlənilir
# 06 sentyabr 2007 12:11 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri xarici işlər nazirlərinin növbəti yığıncağının Əfqanıstanın Herat şəhərində keçiriləcəyi gözlənilir. Əfqanıstan mətbuatının yazdığına görə, bu barədə Əfqanıstan xarici işlər nazirinin İrana səfəri zamanı razılıq əldə edilib. Azərbaycanın Əfqanıstanda da akkreditə olunmuş Pakistandakı səfirliyindən də APA-ya bildiriblər ki, toplantı böyük ehtimalla bu ölkədə keçiriləcək. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. Əfqanıstandakı gərginliklə əlaqədar yığıncağın tarixi hələlik dəqiqləşdirilməyib.
Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis edilib. 1992-ci ildə Əfqanıstan və keçmiş sovet respublikaları Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təşkilata üzv olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR