Bank Of Baku

Bakıda İraq türkmənlərinə maddi-mənəvi dəstək vəd olunub

Bakıda İraq türkmənlərinə maddi-mənəvi dəstək vəd olunub
# 06 sentyabr 2007 12:22 (UTC +04:00)
“Azərbaycana səfərimizin əsas məqsədi buradakı soydaşlarımızdan, hökumətdən maddi və mənəvi dəstək almaqdır. Keçirilən görüşlərdə İraq türkmənlərinə maddi və mənəvi dəstək vəd olundu”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İraqdakı Türkmən Ədalət Partiyasının sədri Ənvər Bayraqdar deyib. Azərbaycanlılarla canbir, qanbir qardaş olduqlarını bildirən Ənvər Bayraqdar burada türkmənlərin problemlərinə yanğı ilə yanaşıldığını vurğulayıb.
Qeyd edək ki, İraq türkmənlərinin nümayəndə heyəti bir neçə gündür Azərbaycanda səfərdədir. Onların dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR