Bank Of Baku

Seçki komissiyalarının üzvləri üçün kurslar oktyabrda başlayacaq

Seçki komissiyalarının üzvləri üçün kurslar oktyabrda başlayacaq
# 06 sentyabr 2007 12:44 (UTC +04:00)
Azərbaycan prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı” ilə bağlı sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunacaq kurslar oktyabrdan başlayacaq. Bunu APA-ya açıqlamasında MSK katibi Natiq Məmmədov bildirib. Onun sözlərinə görə, kursların başlaması üçün bütün tədris proqramı, təşkilati və texniki məsələlər hazırdır. O, kursların seçki məsələləri üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılacağını, sonda kurs iştirakçılarına sertifikatlar veriləcəyini bildirib. Birinci mərhələdə kurslar Dairə Seçki komissiyalarının, sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq. N. Məmmədov kursların bir neçə ay əvvəl başlamaq fikrində olduqlarını, lakin DSK-lar üçün yeni binaların tikilməsi prosesi getdiyi üçün bunun yubandığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR