Bank Of Baku

Tomas Hammarberq: “Ermənistana səfər zamanı bu ölkədə insan hüquqları ilə bağlı ən vacib məsələlərə toxunacağam”

Tomas Hammarberq: “Ermənistana səfər zamanı bu ölkədə insan hüquqları ilə bağlı ən vacib məsələlərə toxunacağam”
# 06 sentyabr 2007 12:50 (UTC +04:00)
Gəncədə yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı təcridxanasına baş çəkən komissar buradakı vəziyyətdə razı qaldığını bildirib: “Təcridxanada vəziyyət yaxşıdır, burada vərəm xəstəliyinə qarşı çox vacib və faydalı tədbirlər görülür. Çox yüksək qiymətləndirdiyim hal odur ki, bura gələn hər bir yeni məhbusda vərəm xəstəliyi olub-olmadığını aşkar etmək üçün yoxlamalar aparılır”. Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla bir çox məsələləri müzakirə etdiyini deyən Tomas Hammarberq əsasən şəhər üzrə sosial məqsədli xərclərə kimlərin qərar verməsi amili üzərində dayandıqlarını deyib. O, məhkəmələrin iş prinsiplərində də müsbət dəyişikliklərin olduğunu vurğulayıb: “Məhkəmələrə yeni hakimlər təyin edilib, hakimlərin əmək haqları qaldırılıb. Bu, rüşvətxorluğun qarşısını almaq üçün atılan mühüm addımdır. Gəncədə regional apellyasiya strukturunun yaradılması da müsbət addımlardan biridir. Bu amil insanlara Bakıya getmədən növbəti instansiya məhkəməsinə apellyasiya şikayəti verməyə imkan yaradır”. “Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlərin saxlanma şəraiti ilə maraqlanacaqsınızmı?” sualını cavablandıran Tomas Hammarberq bu il Ermənistana səfər etmək niyyətində olduğunu deyib: “Ermənistana bu ilin oktyabrında səfər etməyi planlaşdırıram. Amma o vaxta qədər bu səfər barəsində danışmaq istəmirəm və öz işimi peşəkar səviyyədə həyata keçirtmək istəyirəm. Sizi əmin edə bilərəm ki, insan hüquqları ilə əlaqədar ən vacib məsələlərə mən orada toxunacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR