Bank Of Baku

Avropa Şurasının Nazirlər Komitəsi Qənirə Paşayevanın müraciətinə yazılı cavab hazırlayır

Avropa Şurasının Nazirlər Komitəsi Qənirə Paşayevanın müraciətinə yazılı cavab hazırlayır
# 06 sentyabr 2007 12:56 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin katibliyi Azərbaycanın AŞ Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın “Ermənistanı Dağlıq Qarabağ münaqişəsi və seçkilərlə bağlı Avropa Şurasının mövqeyinə qoşulmağa dəvət etmək” adlı müraciətinə cavab hazırlayır. Bu barədə APA-ya Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib. Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov Nazirlər Komitəsinin daimi nümayəndələr səviyyəsində keçirilən 1003-cü iclasında Q. Paşayevanın yazılı müraciəti ilə bağlı çıxış edib. O, Dağlıq Qarabağda separatçıların keçirdiyi “prezident seçkiləri” barədə danışaraq xatırladıb ki, həmin “seçkilər” AŞ, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən tənqid olunub. Səfir bildirib ki Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib. Diplomat ümumilikdə Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, bunun nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün yarandığını söyləyib. Türkiyənin Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri də Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın müstəqilliyinin heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmadığını vurğulayaraq keçirilmiş seçkiləri pisləyən bəyanatla çıxış edib. Bir çox nümayəndə, xüsusən Gürcüstan və Ukrayna səfirləri də Azərbaycanı dəstəkləyiblər. Ermənistanın daimi nümayəndəsi isə söz alaraq deyib ki, azərbaycanlı deputatın yazılı müraciətinə katiblik tərəfindən cavab layihəsinin hazırlanmasına etiraz etmir. Yazılı cavab hazırlanandan sonra bir daha müzakirəyə çıxarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR